Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Köşə Yazarları / Mehman Hüseynov həbsxanada əməliyyat oluna bilər

Mehman Hüseynov həbsxanada əməliyyat oluna bilər

Blogger Mehman Hüseynovun əməliyyat olunması üçün Penitensiar Xidmətə müraciət ediləcək.

Bu barədə Lent.az-a onun vəkili Elçin Sadıqov məlumat verib.

Vəkilin sözlərinə görə, Mehmanın həbsdən öncə sağlamlığı ilə bağlı mövcud olan bəzi problemlərin həlli həbsxana şəraitində daha da aktuallıq kəsb etməyə başlayıb:

“Onun venoz damarında hələ bundan əvvəllər də problem vardı. Venoz damardakı genişlənmə ağrılarla müşayiət olunur, həbsxana şəraitində daha artıq diqqət tələb edir. Biz məsləhətləşdik, hesab edirəm ki, bloggerin əməliyyat olunmasına ehtiyac var. Bununla əlaqədar olaraq lazımi hüquqi prosedurları başlayacağıq. Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə onun əməliyyat edilməsinə şərait yaradılması üçün müraciət edəcəyik”.

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın