Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Köşə Yazarları / Media qanununa təkziblə bağlı müddəa əlavə edilir

Media qanununa təkziblə bağlı müddəa əlavə edilir

«KIV haqqında» qanuna dəyişiklik təklifinə növbəti iclaslarda baxıla bilər
Sentyabrın 30-da Milli Məclisin mədəniyyət komitəsinin iclası keçirilib. AZƏRTAC xəbər verir ki, iclasda “Kütləvi informasiya vasitələri haqqında” qanunda dəyişiklik layihəsinə baxılıb. Layihəyə görə, qanunun 44-cü maddəsinə “kütləvi informasiya vasitəsində cinayət işləri üzrə ibtidai araşdırmanın mahiyyəti və nəticələri barədə həqiqətə uyğun olmayan və ya təhrif edilmiş məlumatlar verildikdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən və ya ibtidai araşdırmanı aparan orqan məlumatın təkzib olunması və ya düzəliş verilməsi tələbi ilə müraciət etmək hüququna malikdir” hissəsi əlavə edilir.
Layihə plenar iclasa tövsiyə olunub.
Transparency.az bildirir ki, 44-cü maddənin (Təkzib, düzəliş və cavab vermək hüququ) indiki redaksiyası belədir:
– Kütləvi informasiya vasitəsində fiziki və hüquqi şəxslərin şərəf və ləyaqətini ləkələyən, böhtan və təhqir xarakterli məlumatlar verildikdə, fikirlər təhrif olunduqda fiziki şəxsin özünün və ya nümayəndəsinin, hüquqi şəxsin rəhbərlərinin, yaxud səlahiyyətli nümayəndəsinin həmin kütləvi informasiya vasitəsində bir ay müddətində cavab vermək, həqiqətə uyğun olmayan məlumatın təkzib olunmasını, düzəliş verilməsini, habelə üzr istənilməsini tələb etmək, yaxud birbaşa məhkəməyə müraciət etmək hüququ vardır.
Şikayətçi müraciət edərkən, yaxud məhkəmə qərar çıxararkən kütləvi informasiya vasitəsi müvəqqəti olaraq dayandırılmışsa və ya onun istehsalına (yayımına) xitam verilmişsə təkzib, cavab və ya düzəliş cavabdehin vəsaiti hesabına iddiaçının istədiyi kütləvi informasiya vasitələrindən birində dərc oluna (efirə verilə) bilər.

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın