Şənbə , Aprel 20 2024
Ana səhifə / Köşə Yazarları / Mətbuat Şurasında “qaynar xətt” fəaliyyətə başladı

Mətbuat Şurasında “qaynar xətt” fəaliyyətə başladı

Parlament seçkiləri ilə əlaqədar Azərbaycan Mətbuat Şurasının Şurasının (012) 441 35 96, (012) 441 35 30 telefon, həmçinin (050) 534 93 26 və (055) 201 99 26 mobil nömrələri “qaynar xətt” rejimində fəaliyyətə başlayıb.

Şuradanmusavat.com-a daxil olan məlumata görə, peşə fəaliyyətini yerinə yetirən jurnalistlər hər hansı çətinliklə üzləşəcəkləri halda həmin nömrələrə zəng etməklə, məlumat verə bilərlər.

Şura bu gün işini Mərkəzi Seçki Komissiyası, habelə digər müvafiq qurumlarla sıx əməkdaşlıq şəraitində quracaq və seçkini işıqlandıran jurnalistlər üçün hər hansı maneə yaranacağı təqdirdə çətinliyin dərhal aradan qaldırılması istiqamətində zəruri tədbirləri reallaşdıracaq.

Bundan başqa MŞ İdarə Heyətinin üzvləri jurnalistlərin seçkini işıqlandırmalarının monitorinqini aparacaq. Onlar istər paytaxtda, istərsə də ölkəmizin müxtəlif bölgələrindəki seçki məntəqələrində kütləvi informasiya vasitələrinin təmsilçilərinə yaradılmış şəraitlə tanış olacaqlar. Prosesə həmçinin Şuraya üzv mərkəzi və regional KİV-lərin əməkdaşları cəlb olunub. Monitorinqin 125 seçki dairəsinin mütləq əksəriyyətini əhatə etməsi nəzərdə tutulub.

Mətbuat Şurası gün ərzində saat 11.00-da, 14.00-da 17.00-da və 19.00-da həm “qaynar xətt”in fəaliyyəti, həm də Şuranın İdarə Heyətinin apardığı müşahidələrin nəticələri əsasında məlumat bülleteni yayımlayacaq.

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın