Türkiyənin məşhur “İştə bənim stilim” verilişinin Azərbaycan versiyasının yayım tarixi bəlli oldu.
Axar.az xəbər verir ki, “Bu stil mənim” verilişi dekabrın 5-də ATV telekanalında yayımlanmağa başlayacaq.
Qeyd edək ki, “Bu stil mənim” verilişinin münsiflər heyətində modelyer Fəxriyyə Xələfova, Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayeva və aparıcı Zaur Baxşəliyev yer alır.
Verilişin aparıcısı isə Günay Baxşəliyevadır.