Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Köşə Yazarları / Məşhur diktor AZTV-nin sirlərini açan kitab yazdı

Məşhur diktor AZTV-nin sirlərini açan kitab yazdı

AZTV-nin tanınmış diktoru, əməkdar artist Natəvan Hacıyeva kitab yazıb.

Diktor Ölkə.Az-a açıqlamasında bildirib ki, on ay ərzində yazdığı kitab iki hissədən ibarətdir:

“Bu il Azərbaycan televiziyasının yaranmasından 60 il ötür və həmin 60 ilin 56 ilində mənim də payım var. Mən də “Televiziya dünənim, bu günüm, sabahımdır” adlı kitab yazmışam. Kitab iki hissədən ibarətdir. Birinci hissədə televiziyanın yaranma tarixi, ikinci hissədə işə qəbul olunmağım, xatirələrim, intriqalar, sədrlər və sair məqamlar yer alıb. Hamısını yazmışam. Mən bunu gənclərə hədiyyə etmək istəyirəm. Gənclərin çoxu bilmir ki, televiziya niyə məhz o yüksəklikdə yerləşdirilib. Çox maraqlı məqamlar və söhbətlər var. Kitabı öz vəsaitimlə çıxartmışam, sponsor tapa bilmədim”.

Xatırladaq ki, Çingiz Ələsgərlinin redaktoru olduğu kitabın təqdimatı oktyabrın 26-da Beynəlxalq Mətbuat Mərkəzində (saat 11-də) keçiriləcək.

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın