Şənbə , Aprel 20 2024
Ana səhifə / Köşə Yazarları / Mərhum jurnalist Elmar Hüseynov bu gündə dünyaya gəlib

Mərhum jurnalist Elmar Hüseynov bu gündə dünyaya gəlib

İyulun 17-də «Monitor» jurnalının baş redaktoru Elmar Hüseynovun doğum günüdür.

Elmar Hüseynov 1967-ci ilin bu günündə Bakıda doğulub.

1992-ci ildə Azərbaycan Mühəndis-İnşaatçılar İnstitutunu mühəndis-hidrotexnik ixtisası üzrə bitirib. Bir müddət Xudafərin SES-də və Rusiyada Boquçan SES-də ixtisası üzrə çalışıb.

Elmar Hüseynov 1995-ci ildən etibarən jurnalist fəaliyyətinə başlayıb. Həmin ildə də «Trend» analitik-informasiya agentliyini, 1996-cı ildə isə «Monitor» jurnalını təsis edib.

«Bakinski bulvar», «Bakinskiye vedomosti» qəzetlərinin təsisçisi idi.

Elmar Hüseynov 2005-ci il martın 2-də evinin qarşısında odlu silahla öldürülüb. Qətlin sifarişçiləri və icraçıları indiyədək həbs edilməyib.

Ölümündən sonra jurnalistin həyat yoldaşı və azyaşlı oğlu Norveçə mühacirət edib.

Hüquq-mühafizə orqanları Elmar Hüseynovun qətlində Gürcüstan vətəndaşları Teymuraz Əliyevi və Tahir Xubanovu ittiham edir. Gürcüstan hakimiyyəti isə bununla bağlı onların günahını sübuta yetirən dəlillər təqdim olunmadığını bildirib.

Onu da qeyd edək ki, iki il əvvəl «Art for Democracy» hüquq-müdafiə təşkilatı Elmar Hüseynovun doğum günü ilə bağlı ona mahnı həsr etmişdi. «Tengri» rok qrupunun ifasında səslənən mahnı «Yad» adlanır.

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın