Ana səhifə / Köşə Yazarları / Ləman Ələşrəfqızına yeni vəzifə verildi

Ləman Ələşrəfqızına yeni vəzifə verildi

ANS telekanalının keçmiş əməkdaşı Ləman Ələşrəfqızı yeni işə başlayıb.

Azinforum.az Musavat.com-a istinadən xəbər verir ki, tanınmış jurnalist “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi təyin edilib.

Ləman Ələşrəfqızı ANS telekanalını televiziyanın fəaliyyəti dayandırılmazdan təxminən bir ay əvvəl – bu il iyunun 16-da qalmaqalla tərk edib. O, ANS-in vitse-prezidenti Seyfulla Mustafayevlə dalaşmışdı.

Azərbaycan prezidenti İlham Əliyev bu il mayın 5-də “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında Sərəncam imzalayıb. “Azərxalça” ASC Azərbaycan Respublikasında xalça və xalça məmulatlarının istehsalını, ixracını, onların ölkə daxilində və xaricdə satışının təşkilini, xalça və xalça məmulatlarının istehsalında yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirir.

Səhmləri dövlətə məxsus olan ASC-nin İdarə Heyətinin sədri Vidadi Muradovdur.

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın