Cümə , Aprel 19 2024
Ana səhifə / Köşə Yazarları / Jurnalistlərin binasının yanında yerüstü keçid tikiləcək

Jurnalistlərin binasının yanında yerüstü keçid tikiləcək

“Bakının Bibiheybət qəsəbəsində, Yeni Salyan yolunda jurnalistlər üçün tikilən ikinci yaşayış binasının ərazisində yerüstü piyada keçidi tikiləcək”.

” Azinforum.az ” xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Bakı Nəqliyyat Agentliyi (BNA) İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev deyib. Onun sözlərinə görə jurnalistlər həmin ərazidə heç bir zolağın olmadığı haqda agentliyə şikayət ediblər:

“Bununla bağlı jurnalist həmkarlarımız bizə müraciət etdi və  Bakı Nəqliyyat Agentliyinin əməkdaşları da əraziyə baxış keçirdilər. Müraciət edən jurnalistlər ərazidə piyada keçidinin, yəni “zebra”nın çəkilməsini istəyirdilər. Həmin yerdən də bildiyiniz kimi, sürətli yol keçir. Bu səbəbdən orada zolağın çəkilməsi müvafiq hesab edilmədi. Lakin Bakı Nəqliyyat Agentliyi həmin ərazidə yerüstü piyada keçidinin inşa edilməsi ilə bağlı təklif irəli sürdü.  Belə ki, ərazidə yaşayış var və xeyli sayda ailə mövcuddur. Orada yaşayan insanların təhlükəsizliyini təmin etmək məqsədilə yerüstü piyada keçidinin olması mütləqdir.

Buna əsasən, Bakı Nəqliyyat Agentliyi təklifi hazırlayıb Nazirlər Kabinetindəki Yol hərəkəti Təhlükəsizliyi Komissiyasına müraciət etdi.  Artıq təklifimiz komissiya tərəfindən qəbul edilib və  müvafiq tapşırıqlar verilib. Yəqin ki, yaxın vaxtlarda həmin yerüstü  piyada keçidinin inşasına başlanılacaq. Yəni jurnalistlərin ikinci binasının yerləşdiyi ərazidə yerüstü piyada keçidi tikiləcək”.

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın