Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Köşə Yazarları / Jurnalistlər üçün tikilən ikinci bina gələn il istifadəyə veriləcək

Jurnalistlər üçün tikilən ikinci bina gələn il istifadəyə veriləcək

 

Vüqar Səfərli: “Dünyanın heç yerində dövlət tərəfindən jurnalistlərə pulsuz ev verilməsi halı yoxdur”

Azərbaycan jurnalistləri üçün Bakı şəhərinin Səbail rayonu ərazisində, Yeni Salyan yolunda tikilən ikinci bina 2016-cı ildə istifadəyə veriləcək.
APA-nın məlumatına görə, bunu Səbail rayon İcra Hakimiyyəti tərəfindən milli mətbuatın 140 illik yubileyi ilə bağlı media təmsilçiləri ilə keçirilən ənənəvi tədbir-görüşdə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli deyib.
Jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində 2013-cü ildə jurnalistlər üçün ilk binanın istifadəyə verildiyini xatırladan V. Səfərli növbəti ildə 3 girişli, 17 mərtəbəli, 255 mənzildən ibarət binanın jurnalistlərin istifadəsinə veriləcəyini açıqlayıb: “Dünyanın heç yerində dövlət tərəfindən jurnalistlərə pulsuz ev verilməsi halı yoxdur. Jurnalistlərə 2013-cü ildə verilən mənzillər tam təmirli olub, gələn il də jurnalistlərə veriləcək mənzillər tam təmirli olacaq”.
V. Səfərli bu il milli mətbuatın 140 illik yubileyi ilə bağlı jurnalistlərə fəxri adların verilməsi ilə əlaqədar Prezident Administrasiyasına 800-dən çox müraciətin daxil olduğunu, iyulun 22-də prezident tərəfindən verilən sərəncamla fəxri adlara layiq görülən jurnalistlərin adlarının açıqlanacağını nəzərə çatdırıb.

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın