Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Köşə Yazarları / Jurnalist Sərdar Əlibəylinin saytına haker hücumu olub? ” … sayta girə bilmirəm”

Jurnalist Sərdar Əlibəylinin saytına haker hücumu olub? ” … sayta girə bilmirəm”

Tanınmış jurnalist Sərdar Əlibəylinin rəhbəri olduğu saytın “admin panel”inə özünün giriş imkanları əngəllənib. Bu barədə Azinforum.az-a jurnalistin özü məlumat verib. Onun sözlərinə görə, bəzi tənqidi yazıların sosial şəbəkələrdə paylaşımından sonra bu hadisə yaşanıb: “Sosial şəbəkələrdə paylanmasından bir neçə saat sonra, öz saytımın (ps-nota.com) nə əsas səhifəsinə, nə də “sayta giriş” səhifəsinə girə bilmirəm. Qalan bütün şəbəkə və saytlara girişim açıqdı. Ən maraqlısı odur ki, digər adamlar da sayta rahatlıqla girə bilirlər. Deməli, mənim özümün bura girişim əngəllənir və bu gün mütəxəssislər bildirdilər ki,bu əngəli yalnız əbunəçisi olduğum internet şəbəkəsindən yarada bilərlər. Onlarla da telefon söhbətim oldu,”xəbərimiz yoxdu” dedilər və söz verdilər ki, sabah gəlib yerində baxacaqlar.
Mən bu olayın sıradan bir təsadüf olmasını daha çox istərdim, amma bu heç təsadüfə oxşamır axı. On minlərlə abunəçisi olan şəbəkədə mənim saytıma girişi əngəlləyən əməliyyatın həyata keçirilməsi sadəcə bir təsadüf ola bilməz. Görünür kimlərinsə bunda ciddi-ciddi maraqları olub. Xüsusiylə də yuxarıda adını çəkdiyim yazıdan sonra bu məsələdə marağı ola biləcək dairənin daha geniş olduğu qənaətindəyəm. Nə isə, sabah ola, xeyir ola. Yəqin ki, sabaha bir şeylər aydınlaşacaq, hələliksə yaranmış bu situasiyadan dolayı yazılarımı və əlimdə olan müsahibələri təqdim edə bilmədiyim oxucularımdan və müsahiblərimdən üzr istəyirəm. Əlavə xəbərlərim və nəyin və niyə baş verdiyi barəsində məlumatlarım isə sabah günortadan sonra olacaq”.

Qeyd edək ki, bir müddət əvvəl, Azinforum.az saytı da anoloji problemlə üzləşmişdi. Nəticədə, saytımıza aid arxivin əhəmiyyətli hissəsini bərpa etmək mümkün olmadı.

Sərdar Əlibəylinin rəhbəri olduğu saytla bağlı vəziyyəti diqqətdə saxlayacayıq.

Azinforum.az

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın