Cümə , Aprel 19 2024
Ana səhifə / Köşə Yazarları / Jurnalist peşəsinə sevgimi artıran insan – Afət Telmanqızı yazır

Jurnalist peşəsinə sevgimi artıran insan – Afət Telmanqızı yazır

Bu gün onun günüdür! Bu gün həm də azad sözün, qəlbi vətən sevgisi ilə çırpınan cəsarətli jurnalistlərin günüdür! İlləri illər əvəz edir. Dəyişən çox şey olur. Yaşın üstə yaş gəlir, saçlara dən düşür. Amma bu illər ərzində dəyişməyən məqamlar, dəyişməyən insanlar da olur. Cingiz kimi. O, qocalmadı, 32 yaşda da qaldı. Yaddaşımıza gənc, sözü ilə döyüşən, enerjisi bitib tükənməyən bir gənc kimi, bir qəhrəman kimi yazıldı. Hər il olduğu kimi bu ilin bu günü də onun məzarı başına toplaşdıq. Onu yad etdik. Bu il onu ziyarət edənlər arasında hər vaxt başdaşı yanında oturub, için-için ağlayan Naxış ana olmadı. Onun qarşısına onun adını daşıyan ANS ÇM radiosuz və ANS-siz getdik. Amma içimizdə Cingizin ruhu dolaşan bir məkanın acılacağına bir inam olduğundan bu da bir sınaqdır deyib ötdük. Ad günündə onun ruhunu ANS-in yoxluğu ilə narahat etmək istəmədik. ANS-in dəhlizində ondan qalan əmanətə xəyanət edilməyəcəyini O da bilir axı. Qaynar nöqtələrdə kamerası ilə döyüşən bu gənc qısa, amma şərəfli ömür yolunda çoxlarının görə bilmədiyi işləri gördü axı vətən üçün! O zaman informasiya blokadasında olan Azərbaycanda baş verən hadisələri dünya miqyasına çıxarıb tanıdan O oldu axı. Çoxlarına vətən kəlməsinin Ana kəlməsi kimi əziz, əvəzsiz olmasını göstərdi. Vətənpərvər olmaq dəbdə deyil fikirlərini alt-üst etdi. Cingiz coxlarına qorxmazlıq, mərdlik aşıladı. O, mənim üçün həm də ən böyük arzumun qəhrəmanı oldu. Jurnalist peşəsinə sevgimi artırdı. Cibində jurnalist vəsiqəsi gəzdirən hər jurnalistin hələ jurnalist olmadığını anlatdı. Bir sözlə, əsl jurnalistin necə olmasını əməlləri ilə göstərdi. Qisa, amma şərəfli ömür yolu keçən Cingiz, hər kəsin yaddaşında viran edilmiş Xocalını hönkürərək, ürək ağrısı ilə lentin yaddaşına köçürən, dünyaya bu vəhşiliyi bəyan edən, sədası muharibə meydanından gələn qəhrəman kimi qaldı. Hamı kimi doğuldu, amma hamıdan fərqli oldu. 56 yaşın mübarək ! Sənə ən böyük tebrikim isə torpaqlar işğaldan azad olan gün və tezliklə ANS-in fəaliyyətə başlayacağı gün olacaq Cingiz! O gün sənin ruhunun həm də şad, rahat olan günü olacaq!

Afet Telman

Afət Telmanqızı

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın