Şənbə , Aprel 20 2024
Ana səhifə / Köşə Yazarları / İlham Tumas APA TV-dən getdi

İlham Tumas APA TV-dən getdi

Son günlər APA TV-də İlham Tumasın müəllif layihəsi olan “İlham Tumasla 40 dəqiqə” verilişi yayımlanmır.

Azinforum.az xəbər verir ki, müəllif publika.az-a açıqlamasında Apa TV-dən ayrıldığını deyib:

“Həmin veriliş yəqin ki, davam etdiriləcək. Lakin hansı adla, onu deyə bilmərəm. Düzdür, layihə mənim idi, amma verilişin bundan sonrakı aparıcısına halallıq verirəm. Bu holdinqlə uzun müddətdir əməkdaşlıq edirəm, bu ilin əvvəlində televiziyada verilişin aparıcı idim. Məncə, maraqlı alınırdı, reytinq də var idi. Sadəcə müəyyən səbəblərdən ötən həftə televiziyadan ayrıldım. Hər bir işdən ayrılmaq üçün səbəb olur. Ciddi bir şey deyil, yaradıcılıq baxımından fikirlərimiz üst-üstə düşmədi. Lakin bundan sonra APA holdinqlə əməkdaşlıq etmək fikrində deyiləm. Ancaq yazı adamı olduğumdan mətbuat və televiziya ilə əməkdaşlığımı davam etdirəcəm. Hazırda da təkliflər var, onları dəyərləndirirəm”.

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın