Ana səhifə / Köşə Yazarları / Haqqın.az saytında daha bir erməni jurnalist çalışacaq

Haqqın.az saytında daha bir erməni jurnalist çalışacaq

Haqqin.az saytının rəhbəri Eynulla Fətullayev saytın yeni əməkdaşı, erməni əsilli Suzan Caginyan öz izləyici və oxucularına təqdim edib. 
Baş redaktor bu barədə sosial şəbəkədəki səhifəsində qeyd yazıb və şəkil paylaşıb. E.Fətullayev yazıb:

“Yeni əməkdaşımız, erməni jurnalisti Süzan Caginyan. Bu gündən Ermənistandakı vəziyyətin təhlilinə başlayacaq… Yeri gəlmişkən, vaxtilə Süzan Caginyan məşhur “Комсомольская правда” qəzetinin Ermənistan üzrə xüsusi müxbiri olub, Ermənistanın təhsil nazirinin qızıdır…”.

Onu da qeyd edək ki, bundan əvvəl Haqqin.az-da daha bir erməni əsilli jurnalist – Vaan Martirosyan da işləyirdi.

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın