Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Köşə Yazarları / Hansı statuslar xəbərə çevrilə bilər? – Ekspert

Hansı statuslar xəbərə çevrilə bilər? – Ekspert

Ümumiyyətlə, sosial şəbəkələr peşəkar media üçün məlumat mənbələrindən biridir. Yəni məlumat mənbəyi kimi sosial şəbəkələrdən istifadə etmək normaldır.

Bu sözləri tele-tənqidçi, professor Qulu Məhərrəmli tanınmış sənət adamlarının və siyasətçilərin sosial şəbəkədəkipaylaşımlarının media tərəfindən xəbərə çevrilməsiməsələsi ilə bağlı axar.az-a danışarkən deyib.O, məsələnidəqiqləşdirmək üçün müəlliflə əlaqə saxlamaq lazım olduğunu da vurğulayıb:

“Sosial şəbəkələrdə tanınmış şəxslər, ictimai fiqurlar bu və ya digər mövzu ilə bağlı öz fikirlərini yazanda, münasibət bildirəndə media bunu götürüb çap edir. Burada qanuna zidd heç nə yoxdur. Əlbəttə, yaxşı olar ki, məsələyə münasibətidəqiqləşdirmək üçün müəlliflə əlaqə saxlanılsın.

Sadəcə olaraq, peşəkar medianın ilkin intuisiyası necə olmalıdır? O, istənilən statusu xəbərə çevirə bilərmi? Məncə, əsas problem buradadır. Bəzən o qədər mənasız statusları xəbərə çevirirlər ki, onun heç bir ictimai əhəmiyyəti olmur. Kimsə öz şəxsi mülahizəsini yazır və o məsələ cəmiyyət üçün aktual deyil, amma onu çap edirlər. Biz o prinsipləri düzgün müəyyənləşdirə bilmirik, problemin qaynağı budur”.

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın