Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Köşə Yazarları / “Həyəcanlanmayın, Əvəz Zeynallını başa düşürəm…” – Rəşad Məcid

“Həyəcanlanmayın, Əvəz Zeynallını başa düşürəm…” – Rəşad Məcid

Xəbər verildiyi kimi, ölkə başçısının sərəncamına əsasən Prezident yanında Əfv Komissiyasının yeni tərkibi təsdiq edildi. Rəhmətə getmiş bir neçə üzvün yerinə yeniləri təyin olundu. Yeni təyin olunanların sırasında Azərbaycan Yazıçılar Birliyinin katibi, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Rəşad Məcid də yer alır.

Rəşad Məcidin Əfv Komissiyası üzvləri sırasında yer almasını çoxları müsbət hal kimi qiymətləndirdi. Ancaq bu təyinat bəzi şəxslər tərəfindən birmənalı qarşılanmadı. Həmin şəxslərdən biri “Xural” qəzetinin baş redaktoru, bir müddət öncə həbs həyatı yaşamış Əvəz Zeynallı oldu. Bu təyinata sosial şəbəkədə münasibət bildirən Ə.Zeynallı iddia edir ki, R.Məcidin Əfv Komissiyasında heç bir rolu olmayacaq: “Rəşad Məcid hər cür obyektivlik hissini itirən, ədalətsiz bir adamdır. O, Əfv Komissiyasında nə edə bilər ki? Gənclərin inkişafının hər mərhələsində onlara əngəl olan, Azərbaycanın azad qələmlərinin sındırılmasında və susdurulmasında müstəsna rol alan, həbsdə olan bir jurnalisti, bir söz adamını bir sözlə belə dəstəkləməyən bu adamdan məhkumlar nə gözləyə bilər? Rəşad olsa-olsa o biri oğluna da bir ev alar, vəssalam. Allah xeyir versin!”

Moderator.az Rəşad Məciddən Ə.Zeynallının, eləcə də yeni vəzifəsini birmənalı qarşılamayan şəxslərin fikirlərinə münasibət öyrənməyə çalışıb. R.Məcid bildirib ki, özü şəxsən yeni təyinatla bağlı tənqidlərlə qarşılaşmayıb: “Tənqid eşitməmişəm. Siz də həyəcanlanmayın. Əvəzi də başa düşürəm”.

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın