Ana səhifə / Köşə Yazarları / “Hər kəs qisas istəyir” – Elçin Şıxlı

“Hər kəs qisas istəyir” – Elçin Şıxlı

“Azərbaycan müharibə edə bilsəydi, çoxdan eləyərdi”.
Bunu Sherg.az-a Füzulinin Alxanlı kəndində törədilən erməni növbəti vəhşiliyindən sonra cəmiyyətdə yaranan müharibə ehtimalını dəyərləndirərkən Azərbaycan Jurnalistlər Birliyinin sədri, “Ayna”-“Zerkalo” qəzetlərinin təsisçisi və baş redaktoru Elçin Şıxlı deyib.
O bildirib ki, Ermənistanla təkbətək qalacağıqsa, uzunmüddətli müharibə etməyin problemi yoxdur:
“Dağlıq Qarabağ probleminin 25 ildir həllini tapmamağının əsas səbəbləri hələ də qalmaqdadır. Xüsusilə, Rusiya Ermənistana dəstəyini dayandırarsa, düşmən cəmi 6-7 aya Azərbaycanın ayağına düşüb üzr istəyəcək. Ona görə də müharibə olmasını bu gün çox insan istəyir. Təbii ki, indi hər kəs emosional vəziyyətdədir, qisas istəyir. Amma 2-3 gündən sonra cəmiyyətdəki bu emosiya keçəcək və siyasət, faktlar ortaya çıxacaq. Həmin faktlar isə odur ki, hələ vəziyyət dəyişməyib, Rusiya Ermənistanın arxasında durub və işğalçı ölkə havadarına arxalanıb, özünü belə həyasızcasına aparır. Rusiya bu siyasətini davam etdirdikcə heç nə edə bilməyəcəyik”.
Hazırkı beynəlxalq geosiyasi vəziyyətə gəlincə, E.Şıxlı ABŞ prezidenti Donald Trampın Azərbaycanı dəstəkləməyəcəyinə qəti əminliyini ifadə edib:
“Ona görə, Rusiya ilə təkbətək qalıb, başımıza problem aça bilməyəcəyik. Bu siyasətdir, dövləti idarəetmə prinsipləridir. Emosional şəkildə heç nə həll edə bilməyəcəyik.
Düşmənin cavabını vermək üçün atəş açıb, hərbi obyektlərini vurmaq lazımdır. Beləliklə, düşmənə başa salırıq ki, bir də əhalimizə atəş açsa, daha kəskin cavab alacaqlar”.

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın