Azərbaycanda fəaliyyət göstərən qəzetlərdən birinin kollektivi buraxılıb.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, “Həftə içi” qəzetinin 10-a yaxın əməkdaşı maliyyə problemlərinə görə işdən çıxarılıb.
Qəzetin də, onun tərkibində olan hafta.az saytının da redaktorları daxil olmaqla, bütün müxbirləri kollektivdən uzaqlaşdırılıb.
Hazırda “Həftə içi” qəzeti 1 redaktor, hafta.az saytı isə 1 adminlə fəaliyyətini davam etdirir. Media orqanının tamamilə bağlanacağı barədə məlumatlar da yayılıb.
Qəzetin əməkdaşları – Vüsal Tağıbəyli, Qələndər Muxtarlı, Təbriz Vəfalı, Sevinc Osmanlı, hafta.az saytının redaktoru Səbinə Əvəzqızı, müxbirlər – Tural Turan və Xəyal Əzizov işdən çıxarılıb.
Onların əksəriyyəti hələ də işsizdirlər.
“Həftə içi” qəzetinin baş redaktoru Sevinc Seyidova zənglərə cavab vermədiyi üçün məsələyə münasibət öyrənmək mümkün olmayıb.