Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Köşə Yazarları / Eynulla Fətullayevin saytlarının fəaliyyəti tam bərpa olunub

Eynulla Fətullayevin saytlarının fəaliyyəti tam bərpa olunub

Bir sıra problemlərə görə fəaliyyəti məhdudlaşan və işçi heyətində ixtisarlar aparılan haqqin az və virtualaz.org saytları öz fəaliyyətlərini tam şəkildə bərpa edib.
Bu barədə jurnalist Eynulla Fətullayev məlumat verib. O, bildirib ki, saytların yayımına əngəl olan bütün problemlər yoluna qoyulub, ixtisar olunan işçilər geri çağırılıb: “Artıq 9 fevraldan etibarən bizim saytlar tam gücü ilə və əvvəlki kursla fəaliyyətini davam etdirəcək. İşçilər də geri çağırılıb, bu prosesdə kadr itkilərimiz də olmadı ”.
Eynulla Fətullayev saytları barədə iddialara cavab verdi
Xatırladırıq ki, təxminən bir həftə əvvəl haqqın.az və virtualaz.org saytlarının işçilərinin əksəriyyəti öz hesablarına məzuniyyətə göndərilmiş, yayın orqanlarının konsepsiyasında ciddi dəyişiklik həyata keçirilmişdi. Belə ki, ölkənin online mediası arasında öndə gələn bu saytlar özəl xəbər və reportajlardan imtina etmiş, ancaq rəsmi xəbərlərin yayımı ilə məşğul olurdular. Bu hadisə ölkənin ictimai-siyasi həyatında ən çox müzakirə olunan mövzulardan biri idi.
Eynulla Fətullayev saytları barədə iddialara cavab verdi
Saytların rəhbəri Eynulla Fətullayev çoxsaylı müzakirələrə kiçik bir açıqlama və həbsxanada çəkdirdiyi bir fotosunu yayınlamaqla cavab vermişdi. Bunların da xüsusi mənası bu idi: “mən heç nədən vaz keçməyəcəm, ayaqdayam, hər dəfə olduğu kimi, yenə sıraya dönəcəm…”

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın