Cümə , Aprel 19 2024
Ana səhifə / Köşə Yazarları / “Dostlar məni utopik xəyallara düşməkdə qınayırlar”- İTV rəhbərliyinə namizəd

“Dostlar məni utopik xəyallara düşməkdə qınayırlar”- İTV rəhbərliyinə namizəd

“Bu qərara gəlməyimdə məncə qəribə nəsə yoxdur. 17 ildir, jurnalistikadayam. Bu illər ərzində bir neçə kollektivdə işləmişəm və “Mərkəz” kimi gündəlik qəzetdə 1 il şef redaktor olmuşam. Hazırda yenə də mətbuat sahəsində çalışıram. Aztimes.az İnformasiya portalının təsisçisi və baş redaktoruyam. Qısası, mətbuatda təsadüfi adam deyiləm”.

Bunu Moderator.az saytına açıqlamasında İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktorluğu vəzifəsinə namizədliyini irəli sürən jurnalist İltifat Hacıxanoğlu deyib. Onun sözləriə görə, dostlarının bəziləri bu addıma utopik xəyallara düşmə sevdası kimi baxsalar da, özündə bu gücü hiss edir:

“Niyə də yox? Öz şansımı sınamaq istədim.
Amma onu da deyim ki, bəzi dostlar məni utopik xəyallara düşməkdə qınayırlar. Mən özüm də İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktorluğu vəzifəsinin öhdəsindən layiqincə gəlmək gücünü hiss edirəm. Buna mənim təcrübəm əsas verir.
Onu da deyim ki, bu gün Cəmil Quliyevin yenidən bu vəzifəyə namizəd olmasi xəbərini oxudum. Mən ona uğurlar arzulayiram”

İltifat Hacıxanoğlu 04 avqust 1979-cu ildə Bakı şəhərində anadan olub. 1996-cı ildə Etibar Şirəliyev adına Qaradağ rayonu Müşviqabad qəsəbəsi 274 saylı orta məktəbi bitirəndən sonra Bakı Dövlət Universitetinin İqtisadi Kbernetika fakültəsinə qəbul olunub. Hərbi xidməti başa vurandan sonra “Ekspress”, “Vətəndaş Həmrəyliyi”, “Üç nöqtə”, “İrəvan” və başqa qəzetlərdə jurnalist kimi fəaliyyət göstərib. 2011-ci ildə “Mərkəz” qəzetinin baş redaktoru olub. Hazırda Azərbaycan Bəstəkarlar İttifaqının mətbuat xidmətinin rəhbəridir. Həmçinin, 2013-cü ildən İctimai Radioda hər həftə “Səhnə həyatı” verilişi ilə efirə çıxır. Ailəlidir, iki qızı bir oğlu var.

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın