Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Köşə Yazarları / Deputat Aytən Mustafayeva ilə bağlı tənqidi yazını radikal mövqeli müxalif qəzetdən kim sildirib?

Deputat Aytən Mustafayeva ilə bağlı tənqidi yazını radikal mövqeli müxalif qəzetdən kim sildirib?

Jurnalist Taleh Şahsuvarlının apardığı son  araşdırma  böyük qalmaqala səbəb olub. Araşdırmanın mövzusu 16 saylı Yasamal İkinci Seçki Dairəsinin deputatı, AMEA İnsan Hüquqları İnstitutunun direktoru Aytən Mustafayevanın oğlunun Dubaydakı biznesi olub. Məqalədə vurğulanır ki, deputatın oğlu Orxan Mustafayev Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində İdeal Concept Group adlı şirkətin prezidentidir. Həmin qrupa daxil olan şirkətlərin ixtiyarında çox sayda yaxtalar və eksklüziv avtomobil studiyası var. Bundan başqa Orxan Mustafayevin şirkətləri məşhur italyan və alman firmalarının istehsal etdiyi qidaların- kolbasa, sosiska, pendir, şirə və s. satışı ilə məşğul olur.
Taleh Şahsuvarlının dünən Strateq.az saytında yayınlanan həmin araşdırması ölkədəki bir çox xəbər portallarında təkrar tirajlandırılıb. O cümlədən  AXCP-nin nəzarətində olan Azadlıq qəzetinin internet versiyasında da araşdırma qısa ixtisarla yayınlanmışdı.  Müvafiq link qəzetin Feysbuk səhifəsində də  paylaşılmışdı. Ancaq hazırda həmin linkə- http://www.azadliq.info/118826.html- daxil olanlar “Deputat oğlunun Dubaydakı biznesi: Yaxtalar, eksklüziv maşınlar… və daha nələr, nələr” adlı araşdırmanı tapa bilmirlər. 08 Fevral 2016, saat 22:29 tarixdə “Azadlıq” qəzetinin interent saytında tirajlanan araşdırma səhifədən çıxarılıb.

Bu barədə “Azadlıq” qəzetinin rəhbərliyi oxuculara heç bir izahat verməsə də, güman etmək olar ki,həmin araşdırmanın yayımı AXCP sədri Əli Kərimlinin göstərişindən sonra dayandırılıb. Çünki Əli Kərimlinin “Azadlıq” qəzetinin informasiya siyasətinə birbaşa rəhbərlik etdiyi bəllidir. Bu təqdirdə isə ortaya sual çıxır: Əli Kərimli ilə Aytən Mustafayeva arasında hansı sövdələşmə mövcuddur ki, AXCP sədri deputatı bu cür açıq dəstəklə qorumaqla məşğuldur? Ehtimal etmək olar ki, Aytən Mustafayeva ilə Əli Kərimlinin siyasi münasibətlərinin formalaşmasında və inkişafında keçmiş deputatların- Milli Şuranın sədri Cəmil Həsənlinin, yaxud həmin qurumun üzvü Gültəkin Hacıbəylinin rolu olub.

ELÇİ.AZ

ayt

 

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın