Cümə , Aprel 19 2024
Ana səhifə / Köşə Yazarları / Daxili Qoşunların keçmiş komandanı ANS-i ittiham etdi…

Daxili Qoşunların keçmiş komandanı ANS-i ittiham etdi…

Hazırda Ukraynada mühacirətdə yaşayan Daxili Qoşunların keçmiş komandanı Fəhmin Hacıyev bu gün ANS telekanalında “ANS-in tarixi, tarixin ANS-i” arxivindən respublikanın keçmiş hərbi komissarı Əlağa Hüseynovun 1992-ci ildə barəsində ittihamı yenidən təkrar-təkrar gündəmə gətirməsinə münasibət bildirib:

Əliağanın nə dediyini bilmirəm, ümumiyyətlə ANS-in və başqa bir telekanalın haqqımda nə yayınlamasına əhəmiyyət vermirəm. Çünki zaman gələcək, bunlar əməllərinə və böhtanlarına görə hüquq qarşısında cavab verəcəklər. Azərbaycanda rəsmi qeydiyyatdan keçmiş bütün telekanallar AzTV-nin törəməsi kimi fəaliyyət göstərdiyindən heç birinə baxmıram”.

F. Hacıyev Ukraynanın erməni əslli daxili işlər naziri Arsen Avakovla bağlı gedən yazıdakı iddiaların da həqiqət olduğunu bildirib:

“A. Avakov barəsində yazdıqlarınızsa dogrudur. Amma onun da zamanına az qalıb. Əsl islahatçılar hakimiyyətə tam yiyələndikdən sonra Avakov hakimiyyətdə olmayacaq. Məncə bizi bir və ya bir neçə erməninin vəzifədə olmasından çox, millətimizin nümayəndələrini həmin hakimiyyətə necə yerləşdirmək düşündürməlidir. Demokratik ölkələrdə bunun yolu siyasi və ictimai fəaliyyətdə daha aktiv və ardıcıl olmaqdır”. Modern.az

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın