Ana səhifə / Köşə Yazarları / Çingiz Mustafayevin doğum günüdür- VİDEO

Çingiz Mustafayevin doğum günüdür- VİDEO

Bu gün Milli Qəhrəman Çingiz Mustafayevin doğum günüdür.

Azinforum.az xəbər verir ki,Çingiz Fuad oğlu Mustafayev 1960-cı il avqustun 29-da Həştərxan vilayəti Vladimir rayonunda hərbçi ailəsində anadan olub, 1964-cü ildə ailəsi ilə birlikdə Bakıya köçüb. O, Azərbaycan Tibb İnstitutunu bitirib, bir müddət həkim işləyib, lakin həmişə daha çox jurnalistikaya həvəs göstərib, 1990-cı il Qanlı Yanvar hadisələri zamanı Sovet Ordusunun cinayətlərini bütövlükdə lentə alıb, unikal kadrlar yaradıb və bundan sonra həyatını tamamilə telejurnalistika sənətinə bağlayıb.

O, Azərbaycan televiziyası tarixində yenilikçi, cəsur, operativ xəttin bünövrəsini qoyanlardan olub. Çingiz Mustafayevdöyüş bölgələrindən əvəz olunmaz kadrlar çəkib.O həm kamerası, həm də həqiqi silahla döyüşlərdə iştirak edirdi.

1992-ci ilin iyun ayının 15-dəXocalı rayonununNaxçıvanlıkəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən həyatını itirmişdir. Vahid Mustafayevin sözlərinə görə Çingiz “ABC News” üçün material hazırlayırdı və yaranan çətin vəziyyətə baxmayaraq həmin hücumu çəkdi. Minaatandan atəş zamanı Çingiz qəlpələrdən ağır yaralandı, onun sağ ayağının bud sümüyündən arterial damarı zədələndi və o, sürətli qan axmasından döyüş meydanında dünyasını dəyişdi. Lakin Çingiz Mustafayevin kamerası çəkməkdə davam edirdi.

O, Bakı şəhərində Şəhidlər xiyabanında dəfn edilib. DİN Şüvələn qəsəbəsində istirahət zonası, Bakı şəhərində küçə, ANS ÇM radiostansiyası, Azərbaycan gəmilərindən biri onun adını daşıyır. Yaşadığı evin önündə xatirə lövhəsi vurulmuş, C.Naxçıvanski adına Hərbi Liseydə büstü qoyulmuşdur.

Çingiz Mustafayev 1993-ci ildən Azərbaycanın Milli Qəhrəmanıdır.

 

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın