Şənbə , Aprel 20 2024
Ana səhifə / Köşə Yazarları / “Cavidlə bağlı müraciəti dəstəkləyirəm”– Aqil Abbas siyahıdan danışdı

“Cavidlə bağlı müraciəti dəstəkləyirəm”– Aqil Abbas siyahıdan danışdı

Xəbər verdiyimiz kimi, bu gün bir neçə media rəhbəri Cavid Hüseynovun məhkəmə hökmünə kimi zaminliyə buraxılması ilə bağlı prezident İlham Əliyev və Baş Prokuror Zakir Qaralova müraciət edib.

Sözügedən müraciət yayımlandıqdan sonra siyahıda adı çəkilən bir neçə media təmsilçisi belə bir müraciətə qol çəkmədiklərini bəyan edib. Qeyd edək ki, məlum siyahı sosial şəbəkələrdə geniş müzakirələrə və etiraza səbəb olub.

“Qafqazinfo” bu məqamda siyahıda ilk adı çəkilən “Ədalət” qəzetinin təsisçisi, millət vəkili Aqil Abbasla əlaqə saxlayıb. Deputat bu müraciəti dəstəklədiyini və təsisçisi olduğu media orqanının adından qol çəkməyə razı olduğunu bildirib: “Mən Cavid Hüseynovu həbsdə görmək istəmirəm. O, xalqa lazımdır. Razıyam, əgər günahı sübut olunsa, 10 il iş versinlər. Hələ istintaq gedir. Onun da Rasim Əliyev kimi ev-eşiyi yanıb, dağılıb. Vaxtı ilə erməni bir tərəfdən yandırıb, indi də bir tərəfdən yanır”.

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın