Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Köşə Yazarları / Can Dündar Almaniya prezidenti və xanımı ilə görüşdü – Foto

Can Dündar Almaniya prezidenti və xanımı ilə görüşdü – Foto

Almaniya prezidenti Yoahim Qauk “Cumhuriyyət” qəzetinin keçmiş rəhbəri Can Dündarı Bellevue Sarayında qəbul edib.

“Qafqazinfo”nun “Hurriyet”ə istinadən verdiyi məlumata görə, görüşdə prezidentin xanımı Dabiela Şadt və “Sərhədsiz jurnalistlər” təşkilatından bir təmsilçi qatılıb.

Can Dündar Qauka “Həbs olunduq” adlı kitabının alman-dilində çap olunmuş versiyasını hədiyyə edib.

O, saray dəftərinə bu cümləni yazıb: “Türkiyədəki həbsxanalarda olan bütün jurnalist və yazarlar üçün həmrəylik tələb edirəm. Bu Azadlıq Sarayında olmaq mənim üçün böyük bir şərəf və imtiyazdır”.

Xatırladaq ki, Almaniyada olan Can Dündar barədə həbs-qətimkan tədbiri seçilib. İstanbul prokurorluğu qəzet rəhbərliyinin PKK və FETÖ terror qruplaşmasına üzv olmadan cinayət törətdiklərinə dair ittiham irəli sürüb.

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın