Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Köşə Yazarları / Bulağı quruduğu deyilən Elnarə qəzəbləndi: “Bu sözü kim çıxarıbsa, onun var-yoxu…”- FOTOLAR

Bulağı quruduğu deyilən Elnarə qəzəbləndi: “Bu sözü kim çıxarıbsa, onun var-yoxu…”- FOTOLAR

Tanınmış müğənni Elnarə Abdullayeva medianı başına yığıb Şamaxının Çuxanlı kəndinə çəkdirdiyi bulaqların quruması ilə bağlı mətbuatda yayılan xəbərlərə, eyni zamanda, jurnalistləri təhqir etməsi ittihamlarına aydınlıq gətirib.

Publika.az xəbər verir ki, müğənni  bu məsələdə jurnalistlərin yanlışlığa yol verdiyini bildirib: “Söhbət bir neçə bulaqdan getmir, mən orda böyük su anbarı yaratmışam. Bir bulağın suyunun gəlməməsi o demək deyil ki, su anbarı quruyub. Mənə bir neçə dəfə zəng edib müxtəlif fikirlər söylədilər. Guya mən bu işi ad almaq üçün görmüşəm. İnanın ki, mən bu işləri Allahın rizası üçün elədim. Bir neçə il bundan əvvəl  səhhətimdə problemlər yaranmışdı. Mən həmin vaxt əhd elədim ki, mənə qismət olunan var-dövlətimi insanlara yaxşılıq məqsədilə xərcləyim.  Narahatlığım olanda anladım ki, dünya fanidir və yalnız yaxşılıq qalacaq. Sözümün canı budur ki, mən bu işi mətbuatda reklam olunmaq üçün görmədim. Mənə lazım deyil ki, bunu yazasınız. Yazırsınızsa da, heç olmasa, gördüyünüzü yazın. Məni çırpsanız, bir manat düşməyəcək, çünki qazandıqlarımı Allah rizası üçün xərcləmişəm. Bundan gözəl heç nə ola bilməz. Bu işi başlayanda Allah mənə bərəkət göndərdi”.

 

Elnarə həmin vaxt əsəbiləşərək jurnalistlərin ünvanına bəzi sözlər söylədiyini də gizlətmədi: “Mən heç kimi söymədim, sadəcə olaraq, dedim ki, insafınız olsun, haqqı yazın. Demişəm ki, bu sözü kim çıxarıbsa, onun var-yoxu küçədə qalsın. Kim bunu edibsə, özünə götürsün. Allahla mənim arama heç kim girə bilməz. Mən düşünmürəm ki, bu işin arxasında kimsə dayansın. Axı insan olan kəs pislik eləməməlidir. Qardaş, bu xəbəri eşitmisənsə, min maşına, get bax, gör bulaqlar quruyub, yoxsa yox”.

 

O ki qaldı bulaqların qurumasına, Elnarə Abdullayeva heç bir bulağın suyunun qurumadığını bildirib.

 

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın