Ana səhifə / Köşə Yazarları / Britaniyalı nazirdən Xədicə İsmayılovanın işi ilə bağlı çağırış

Britaniyalı nazirdən Xədicə İsmayılovanın işi ilə bağlı çağırış

Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri Devid Lidinqton Azərbaycanda jurnalist Xədicə İsmayılova barəsində 7 il yarımlıq həbs hökmünə münasibət bildirib.

Azadıiq.info-nun məlumatına görə, nazir bəyan edib ki, bu hökmdən son dərəcə narahatdır. “Bizi narahat edən başlıca məsələlərdən biri məhkəmə prosesinin hansı şəraitdə keçməsidir. Azərbaycan hakimiyyətini bu işə ədadlətli şəkildə və şəffaflıq şəraitində yenidən baxmağa çağırırıq. Biz Azərbaycan hakimiyyətini beynəlxaql öhdəliklərinə və qanunun aliliyinə hörmət etməyə səsləyirik”, – deyə bəyanatda bildirilir.

Virtualaz.org xatırladır ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrlik etdiyi prosesdə Xədicə İsmayılovaya hökm oxunub. Hökmə görə, X.İsmayılova 7 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın