Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Köşə Yazarları / Bir də g(G)ülər… – Jalə Mütəllimova

Bir də g(G)ülər… – Jalə Mütəllimova

Əslində bu yazı başqa üslubda, başqa cür yazılası idi. Beynəlxalq qadınlar günü münasibəti ilə sırdan bir təbrik olacaqdı. Amma iş elə gətirdi ki, mənim duyub, hiss etdiyim bir məsələ yazının da istiqamətini dəyişdi. Bəlkə də media fəaliyyətim müddətində indiyəcən belə yazıları nadir halda yazmışam. Kiməsə ünvanlı, kiməsə yönəlik…

…Bu gün bayramdır, beynəlxalq qadınlar günü, hamının günü mübarək! Sizə bir qadından danışacam, ağlı və bacarığına əmin olduğum birindən. Onun simasında qurulacaq bu təbrik. Onun iki işini heç zaman unuda bilmirəm. Mən, unuda bilmirəmsə, deməli bunu həm də tarix öz yaddaşında saxlayır.

Birincisi, Çanaqqalada şəhid olan beş minə qədər azərbaycanlı əsgər üçün Azərbaycan dövləti adına, Çanaqqalada abidə-lövhənin vurulmasına nail olmasını. Hətta buna görə Türkiyənin Cümhur Başkanı Ərdoğana qədər gedib çıxmasıdır.

İkincisi, Azərbaycanın dövlət başçısı və birinci xanımının ünvanına  Türkiyənin bəzi yerli  KİV-lərdə yazılan hədyanlara görə idi. Bir azərbaycanlı, deputat, bir qadın öz həmcinsini, dövlət başçısının ailə üzvünü qorumağa, özünükü bilib qorumağa, müdafiə etməyə qalxmışdı. Türkiyənin Böyük Millət Məclisinə rəsmi məktub göndərib, müraciət etmişdi məsələ ilə bağlı. Baş verənlərə kəskin etirazını bildirmişdi. Bu da bir tarixdir ki, həmin müraciət Böyük Millət Məclisi kürssündən oxunmuş, etiraza qarşı üzrlər səslənmişdi.

Kimdir o? Çoxunun tanıdığı, zamanında millət vəkili olmuş biri.  Özünü dövlətinin qulluqçusu, müdasiəçisi bilən,  özünü həmişə Heydər Əliyev siyasi məktəbinin şagirdi hesab edən Gülər Əhmədovanı deyirəm.

Mənim üçün o hansı siyasi qalmaqal yaşamasına baxmayaraq zamanında milləti üçün əziyyət çəkən, onda da, indi də dövlətinə, Prezidentinə sadiq adamdır, qadındır. O minlərlər qurulu oyunların içindən ağlı və bacarığı, təbii həm də şansı ilə çıxa bilən biridir. Bəlkə də Heydər Əliyev məktəbinin tələbəsi olması, ağlı, zəkanı ondan öyrənməsi düşdüyü durumlarda manevr imkanları qazandırıb Gülər Əhmədovaya, bilmirəm.

Bildiyim bir şey var,  ən böyük bəraəti adam gərək özü özünə verə. Gülər Əhmədova hələ özünə baəraət verməyən qadındır. Bu mənada  o, mənim üçün hələ də “müttəhimdir”. Məhbəsi öz işində qurulu müttəhim.  Əksini deyə bilər dili, amma kənar bunu hiss etmirsə demək ki, deyilən sadəcə sözdür.  Mənim son qərarın bu: Gülər Əhmədovada özünə bəraət vermiş adamı görə bilmirəm. Buna layiq olsa də hələlik alınmır. Çünki bu özünə bəraətin bir tərəfi də başqalarına bağlıdır. Bəlkə bu bərait alınsa o bir də g(G)ülər olar…

…Sizə özlüyünüzdə bəraət qazandıracaq qədər fakt arzulayıram. Bir də istəyirəm bu faktlara inanıb əvvəlkindən daha artıq sevən siyasi və şəxsi dostlarınız, yaxınlarınız olsun.

Gülər xanım, niyəsə əminəm, o gün gələcək. Bir yazı yazacam, yazacam ki, bayramınız yox, bəraətiniz mübarəkdir!

Özümüzə gəlincə birinci vitse-prezident Mehriban Əliyeva başda olmaqla hamımıza hüzur, xoşbəxtlik və özünüz qarşısında həmişə bərait qazanmış durumda olmağı diləyirəm. Siz həyatsınız əziz qadınlar, bunu unutmayın!..

Jalə Mütəllimova

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …