Ana səhifə / Köşə Yazarları / Baş redaktoru həbs olundu

Baş redaktoru həbs olundu

Türkiyədə prezident Rəcəb Tayyib Ərdoğanı təhqir etməkdə şübhəli bilinən qəzetin baş redaktoru həbs edilib.

APA-nın verdiyi məlumata görə, “Today’s Zaman” qəzetinin baş redaktoru Bülənt Keneş İstanbuldakı ofisində saxlanılıb.

Məlumata görə, həbsə səbəb onun Twitter səhifəsindəki yazıları olub. Bülənt Keneş bütün ittihamları rədd edərək, heç kimi təhqir etmədiyini bildirib.

Qeyd edək ki, B.Keneş bu ilin iyununda analoji ittihama görə şərti olaraq 21 ay müddətinə azadlıqdan məhrum edilmişdi.

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın