Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Köşə Yazarları / Baş redaktor Mikayıl Cabbarovdan prokurorluğa şikayət etdi – Sorğuya cavab vermədiyinə  görə

Baş redaktor Mikayıl Cabbarovdan prokurorluğa şikayət etdi – Sorğuya cavab vermədiyinə  görə

“Sonolay.org” saytının baş redaktoru Ramin Məhəmmədoğlu Təhsil Naziri Mikayıl Cabbarovu Bakı şəhər Prokurorluğuna verib.

Azinforum.az  qeyd olunan məsələ ilə bağlı baş redaktorla əlaqə saxlayıb. R. Məhəmmədoğlu xəbəri təsdiqləyib. Və o vurğulayıb ki, Təhsil Nazirliyi informasiyanın əldə edilməsi və dəqiqləşdirilməsində məhdudiyyətlə yaratmış, qanunla müəyyən olunmuş qaydada və müddətdə jurnalist sorğusuna cavab verməmişdir.

Belə ki, baş redaktor əməkdaşımıza bildirib ki, rəhbərlik etdiyi sayt Azərbaycan Respublikasının Təhsil Nazirliyinə yazılı sorğu məktubu ünvanlayıb. Lakin Təhsil Nazirliyi jurnalist sorğusuna Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada və müddətdə cavab verilmədiyi üçün M. Cabbarovu İnzibati Xətalar Məcəlləsinin 382.2-ci maddəsi ilə Bakı Şəhər Prokurorluğuna verib.

Ramin Məhəmmədoğlu deyib ki, Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarova ünvanlanmış yazılı sorğu məktubunda qeyd edilmişdir ki, Beylləqan rayon Təhsil şöbəsinin müdiri Xuraman Rüstəmovanın rəvac verdiyi qanunsuzluqlar, qol qoyduğu əyintilər,o cümlədən müəllimlərin TN-dən müsabiqədən,vacib proseduralardan(attestasiyadan)keçmədən işə qanunsuz götürülməsi hallarının araşdırılması barədə Azərbaycan Respublikasının Baş Prokurorluğuna ünvanlanmış müraciət və həmin müraciətimizdə ehtiva olunan məsələlərin araşdırılması Baş prokurorluq vasitəsi ilə Təhsil Nazirliyinə göndərmişdir. Həmin müraciətimizlə bağlı olaraq 2017-ci ilin aprel ayında Təhsil Nazirliyinin İnsan resusların şöbəsinin və Daxili Nəzarət şöbəsinin iki əməkdaşı məxsusi olaraq həmin müraciətdə ehtiva olunan məsələləri yerində yoxlamaq üçün Beyləqan rayonuna üç (3) günlük ezam olunublar.

Təhsil Nazirlyi Baş prokurorluq vasitəsi ilə daxil olan müraciətimizlə əlaqədar olaraq 2017-ci ilin aprel ayında Beyləqan məktəblərində 2011-ci ildən indiyə qədərki dövrü əhatə edən yoxlamalar aparılmışdır. Həmin yoxlamaların nəticələri barədə informasiyaların əldə edilməsi məqsədi ilə redaksiyamız Təhsil nazirliyinə sorğu məktubu ünvanlayaraq Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada və müddətdə cavab verməsini Təhsil Nazirliyi rəhbərliyindən xahiş etsək də, lakin həmin sorğuya cavab ala bilməmişik.

R. Məhəmmədoğlu qanuna istinad edərək bildirir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 382.2-ci maddəsində qanunla qorunan informasiyalar istisna olmaqla, jurnalistə informasiyanın verilməsi üzərinə məhdudiyyətlər qoymağa və ya informasiya verilməsindən imtina etməyə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur.

Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 382.2-ci maddəsinə əsasən jurnalistlərin hüquqlarının pozulması inzibati xəta kimi tövsif olunur və bu inzibati xəta haqqında işlərə baxmaq İXM-in 43-cü maddəsinə müvafiq olaraq rayon (şəhər) məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Lakin inzibati xətalar haqqında qanunvericilikdə həmin xətanın törədilməsinə görə icraatın başlanması haqqında qərar qəbul etmək və ittihamı irəli sürmək səlahiyyəti prokurora həvalə edilmişdir.

“Hesab edirəm ki, Azərbaycan Respublikasının Təhsil Naziri Cabbarov Mikayıl Çingiz oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 382.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törətmişdir, ona görə də prokurorluqdan Azərbaycan Respublikasının Təhsil Naziri Cabbarov Mikayıl Çingiz oğlunun barəsində inzibati icraata başlanması haqqında qərar qəbul etməsini xahiş etmişəm”-deyərək bildirib.

Azinforum.az

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın