Ana səhifə / Köşə Yazarları / Baş Prokurorluqdan ANS-lə bağlı – Açıqlama

Baş Prokurorluqdan ANS-lə bağlı – Açıqlama

“Lisenziyası ləğv edilmiş ANS Müstəqil Yayım və Media Şirkətinin rəhbərliyinin barəsində Baş Prokurorluqda cinayət işi başlanmayıb”.

“ Azinforum.az ” ın Report-a istinadən məlumatına görə, bunu Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov deyib.

O bildirib ki, bununla bağlı bəzi kütləvi informasiya vasitələrində yayılmış məlumatlar həqiqətə uyğun deyil:

“Belə ki, şirkətin vəzifəli şəxsləri tərəfindən terrorçuluğun təbliğinə yönələn çağırışlar etmələri və digər faktlarla bağlı Baş Prokurorluqda toplanmış materiallar Türkiyədə dövlət çevrilişinə cəhddə ittiham olunan Fəthullah Gülənin rəhbərliyi ilə Azərbaycan Respublikasında təhsil müəssisələrində və digər müxtəlif qurumlarda uzun müddət fəaliyyət göstərən “Hizmet harekatı”nın təəssübkeşləri tərəfindən dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd, sosial və dini nifrət, düşmənçiliyin salınmasına yönələn hərəkətlər edilməsi və digər faktlara dair Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaq edilən cinayət işinə əlavə olunub.

Hazırda həmin iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir”.

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın