Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Köşə Yazarları / Bakının Yol Polisinin rəisi məhkəmədə dindirilə bilər

Bakının Yol Polisinin rəisi məhkəmədə dindirilə bilər

Xətai Rayon Məhkəməsində Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BPİDYPİ) rəisi, polkovnik Nuşirəvan Səfərovun “azpolitika.info” saytının rəhbəri Elnur Məhərrəmliyə qarşı xüsusi ittiham qaydasında qaldırdığı məhkəmənin növbəti iclası keçirilib.

Bu barədə report-a “azpolitika.info” saytının rəhbəri Elnur Məhərrəmli məlumat verib.

O bildirib ki, hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə N.Səfərovun nümayəndəsi çıxış edib: “Vəkil “Nuşirəvan və “bayquşlarının” sərgüzəştləri adlı yazıda Nuşirəvan Səfərovun təhqir olunduğunu, ona böhtan atıldığını dedi. O, bir neçə ifadəni və fikri əsas gətirərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi”.

Sayt rəhbəri isə dindirilən zaman sözügedən yazının təhlil xarakterli olduğunu, məqsədinin N.Səfərovun şəxsinə hücuma keçmək, onu təhqir etmək olmadığını deyib: “DYP-yə qarşı rüşvət ittihamına görə özünü təhqir olunmuş sayan Nuşirəvan Səfərovun ötən ilin aprel ayında 2 500 manat rüşvət alarkən saxlanılan və işdən uzaqlaşdırlan bacısı oğlunun məsələsinə aydınlıq gətirilməsini istədim. Bu məsələdə Nuşirəvan Səfərovun bir rəis və dayı kimi məsuliyyət payının aydınlaşdırılmasını məhkəmədən xahiş etdim”.

Hakim Habil Məmmədov E.Məhərrəmlidən məhkəməyə xüsusi ittiham qaydasında müraciət edən şəxsin – Nuşirəvan Səfərovun məhkəmədə iştirak etməsini istəyib-istəmədiyini soruşub.

Vəkil E.Sadıqov isə BPİDYPİ rəisnin məhkəmədə iştirak etməsini istədiklərini bildirib.

Məhkəmənin növbəti iclası oktyabrın 12-nə təyin edilib.

Qeyd edək ki, bu il avqustun 31-də “azpolitika.info” saytında “Nuşirəvan və “bayquşlarının” sərgüzəştləri – DYP mafiyası məğlubedilməzdir?!” adlı yazı yayımlanıb. N.Səfərov məhkəməyə müraciət edərək yazıda təhqir olunduğunu iddia edib. O, məhkəmədən E.Məhərrəmlinin Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasını xahiş edib

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın