Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Köşə Yazarları / “Azadlıq” qəzeti 10 günə bağlana bilər

“Azadlıq” qəzeti 10 günə bağlana bilər

“Azadlıq” qəzeti fəaliyyətini dayandırmaq təhlükəsi ilə üzləşib.

“Azərbaycan” nəşriyyatından redaksiyaya daxil olan xəbərdarlıq məktubunda deyilir ki, qəzet növbəti 10 gün ərzində borcunu ödəməsə, sentyabrın 21-dən çapı dayandırılacaq. Bu barədə qəzet məlumat yayıb.

Nəşriyyatıdan qəzetə daxil olan məktubda bildirilir ki, “Azadlıq”ın nəşriyyata çap xərclərinə görə 19 min 220 manat, kommunal xərclərə görə isə 1065 manat borcu var.

Qəzet bildirir ki, borc redaksiyanın məsuliyyətsizliyi və ya məqsədli şəkildə ödəmədən yayınma nəticəsində yaranmayıb.

“Məsələ burasındadır ki, YAP Siyasi Şurasının üzvü, deputat Mirkazım Kazımovun rəhbərlik etdiyi “Qasid” yayım firması “Azadlıq” qəzetinə olan 70 min manat borcunu ödəməkdən imtina edir. Yəni nəşriyyata olan borcumuzun 3 qatı qədər də “Qasid”in bizə borcu var. Qəzetin əməkdaşları aylardır ki, əməkhaqqı üzünə həsrətdir. Üstəlik, qəzet satışına yaradılan maneələr, digər yayım şirkətlərinin vaxtında ödəniş etməməsi də əlavə çətinliklər yaradıb. Beləliklə, “Azadlıq”ın özünü dolandırmasında, nəşriyyatın xərclərini ödəməsində ciddi çətinliklər yaranıb” – qəzetin yaydığı məlumatda deyilir.

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın