Ana səhifə / Köşə Yazarları / Azərbaycanın və Orta Asiyanın bir qrup media rəhbəri Ankaradadır

Azərbaycanın və Orta Asiyanın bir qrup media rəhbəri Ankaradadır

Azərbaycan və Orta Asiyanın bir qrup media rəhbəri Türkiyə Cümhuriyyəti dövlətinin dəvəti ilə Ankaraya gediblər.

Bu barədə musavat.com-a Rauf Arifoğlu məlumat verib.

O, bildirib ki, “Tarixə və Milli Birliyə Şahidlik” proqramı əsasında Türkiyədədirlər və bu proqram çərçivəsində Türkiyənin bir sıra üst düzey yetkililəri və media quruluşları ilə görüşlər nəzərdə tutulub. Tədbir 2 gün Ankarada, daha 3 gün isə İstanbulda həyata keçiriləcək.

Tədbirdə Azərbaycanı 3 media nümayəndəsi təmsil edir. Bunlardan biri “Yeni Müsavat” Media Qrupu rəhbəri R.Arifoğlu, digər ikisi isə “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, deputat Hikmət Babaoğlu və “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəylidir.

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın