Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Köşə Yazarları / Azərbaycan hökuməti Rusiya telekanallarının yayımını dayandıracaqmı?

Azərbaycan hökuməti Rusiya telekanallarının yayımını dayandıracaqmı?

Demək olar ki, bütün Rusiya telekanalları son zamanlar təşkil olunmuş anti-Azərbaycan təbliğatına qoşulublar. Qarabağda aprel ayında baş vermiş hadisələri onlar Moskvanın rəsmi mövqeyindən deyil, açıq-aşkar ermənipərəst mövqedən işıqlandırırlar.

Bununla bağlı son günlərdə sosial şəbəkələrin Azərbaycan seqmentində hökumətə Rusiya telekanallarını müvəqqəti bağlamaq çağırışları edilir. Bir qədər əvvəl isə MTRŞ-nin sədri Nuşirəvan Məhərrəmli bəyan etmişdi ki, Azərbaycan əleyhinə təbliğat aparan xarici KİV-in fəaliyyəti dayandırıla bilər.

Virtualaz.org bu məsələni aydınlaşdırmaq üçün ekspertlərə üz tutub.

Milli Məslisin deputatı Fəzail Ağamalı bildirib ki, Rusiya televiziyasındakı Azərbaycan əleyhinə siyasi şoular ürək bulandırır. Lakin millət vəkili hesab etmir ki, bunlar Kremlin göstərişi ilə icra edilir. «Bütün günahlar telekanallarda, özü də yüksək vəzifələrdə oturmuş erməni millətindən olan əməkdaşlardadır. Bizim rusdilli jurnalistlər çalışmalıdırlar ki, hər imkanda bu erməni şərinə qarşı çıxa bilsinlər. İmkan vermək olmaz ki, erməni təbliğatçıları Rusiya ictimaiyyətini öz uydurmaları ilə çaşdırsınlar», – F.Ağamalı belə deyib.

«Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlu isə Rusiya telekanallarının belə verilişlərini Azərbaycanın informasiya təhlükəsizliyi üçün ciddi təhdid hesab edir: «Mən Azərbaycan ərazisində Rusiya telekanallarının yayımının dayandırılması fikrini dəstəkləyirəm».

«Ayna-Zerkalo» qəzetinin baş redaktoru Elçin Şıxlinski bildirib ki, Rusiya telekanalları çoxdan bəri sərt Rusiya təbliğatının daşıyıcısına çevriliblər. Onun fikrincə, rusdilli jurnalistlərdən ibarət xüsusi mərkəz yaradılmalı, Rusiya təbliğatçılarına bu yolla ciddi cavab addımları atılmalıdır. «Biz Rusiya kanallarının yayımını dayandıra bilərik. Amma bununla onların mövcudluğuna son qoyulmayacaq», – E.Şıxlinski belə deyib.

Siyasi icmalçı Rauf Mirqədirov isə bu məsələnin arxasında Rusiyanın rəsmi hakimiyyətinin durduğunu düşünür: «Rusiya telekanallarında biz bütün jurnalistika normalarının pozulduğunu müşahidə edirik. Məncə, telekanallarıl bağlamaqdansa, internetdə özümüzün rusdilli kanalını yaratmalı və Rusiya ictimaiyyətinə mövqeyimizi çatdırmalıyıq».

«Heç bir şeyi bağlamaq lazım deyil. Qoy cəmiyyətimiz bir daha şahidi olsun ki, dopstumuz kimdir, düşmənimiz kim. İnternet əsrində yaşayırıq, istəyən onsuz da bu kanalları izləyə biləcək. Rusiya kanalları Azərbaycanda ictimai fikrə təsir imkanına malik deyillər, çünki çoxdan özlərinə olan hörməti itiriblər», – bunu isə virtualaz.org-un müxbirinə «Şərq-Qərb» analitik mərkəzinin direktoru Ərəstun Oruclu deyib.

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın