Şənbə , Aprel 20 2024
Ana səhifə / Köşə Yazarları / ATV-də kuryoz… – VÜQAR QARADAĞLININ ÜRƏYİ GETDİ

ATV-də kuryoz… – VÜQAR QARADAĞLININ ÜRƏYİ GETDİ

Dünən ATV kanalının efirində əsl kuryoz hadisə baş  verib. Gununsesi.info xəbər verir ki,   kanal rəhbərliyi “Ana xəbər” buraxılışını izlərkən efirdə keçmiş müdafiə naziri Rəhim Qazıyevin danışdığını görüb şok keçirib. Məlum olub ki, ATV-nin gənc əməkdaşları bulvarda sorğu keçirərkən tanımadıqları (yazıqlar şou əhlindən özgə kimi tanıyırlar ki…?!) Rəhim Qazıyevdən də müsahaibə alıblar. Və bu da efirə verilib.

Qazıyevin ATV kanalında görünməsi isə böyük səs-küyə səbəb olub. Dərhal “yuxarıdan” gələn zənglə möhkəm danlanan kanalın rəhbəri  Vüqar Qaradağlı gecəykən teleşirkətə gəlməli olub. Redaktor heyətini toplayan Qaradağlı onları danlayıb. O, baş  verənləri özünə qarşı qəsdən hazırlanmış təxribat adlandırıb. Bundan sonra gərginlik daha da artıb. Qəfil səhhəti pisləşən Vüqar Qaradağlı axşam  saat 12 radələrində Təcili Tibbi Yardım da çağırılıb.

Bu gün isə ATV-də geniş tərkibdə iclas keçiriləcəyi və dünənki “ÇP” ilə bağlı bir sıra əməkdaşların işdən çıxarılacağı gözlənilir.

Gununsesi.info qalmaqala səbəb olan kadrları təqdim edir:

 

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın