Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Köşə Yazarları / ASLAN İSMAYILOV BAŞ REDAKTORDAN NƏ İSTƏYİR?- YENİ QALMAQAL

ASLAN İSMAYILOV BAŞ REDAKTORDAN NƏ İSTƏYİR?- YENİ QALMAQAL

Azər Həsrət:” Çox təəssüf edirəm ki, Aslan İsmayılov sinirlərinə sonadək hakim ola bilməyib”

İlkin İLqaroğlu: “Bilsin ki, qanunsuz, qeyri-sivil vasitələrlə bizi yolumuzdan döndərə bilməz”

Aslan İsmayılov: “Xahiş edirəm,  bilərəkdən haqqımda dalaşqan obrazı yaratmayın”

Yeni fəaliyyətə başlayan CNNBaku.az saytının baş redaktoru İlkin İlqaroğlunun tanınmış hüquqşunas Aslan İsmayılov tərəfindən təhdid edilərək, hədələndiyi bildirilir. Bu barədə məlumatı sözügedən sayt yayıb. Sitat:

“CNNBaku. az saytında 20 fevral 2017-ci tarixində, saat 13:20-də APA-ya istinadən dərc olunan “Qarabağ əlillərini özlərini yandırmağa təhrik edən Aslan İsmayılov Səttar Mehbalıyevi necə şantaj edib?-ŞOK FAKTLAR” başlıqlı yazıya görə,

(http://cnnbaku.az/2017/02/20/qarabag-%C9%99lill%C9%99rini-ozl%C9%99rini-yandirmaga-t%C9%99hrik-ed%C9%99n-aslan-ismayilov-s%C9%99ttar-mehbaliyevi-nec%C9%99-santaj-edib-sok-faktlar/)

saytın baş redaktoru, Prezident təqaüdçüsü İlkin İlqaroğlu təhdidə məruz qalıb.  Xəbərdə adı hallanan hüquqşunas Aslan İsmayılov istifadəsində olan 050 2149683 nömrəsindən saytın baş redaktoruna zəng edərək, xəbəri hansı səbəblə dərc etdiyini soruşub. İlkin İlqaroğlu  xəbərin APA-ya istinadla verdiklərini  bildirib. Bu zaman Aslan İsmayılov jurnalistə

“Səni yerində oturdacam. Başına oyun açacam. Kimin sifarişi ilə o yazını dərc etmisən?!”

deyə, təhdidlər yağdırıb və dəstəyi asıb. Məsələ ilə bağlı jurnalist hüquq – mühafizə orqanlarına müraciət edəcəyini bildirib”.

Azinforum.az  yaranmış vəziyyəti aydınlaşdırmaq üçün hüquqşunas Aslan İsmayılova müraciət edib. O, saytımıza açıqlamasında belə bir insidentin olduğunu təkzib etməyib:  

“Həmin jurnalist kimlərinsə  tapşırığını yerinə yetirir. Xahiş edirəm,  bilərəkdən haqqımda dalaşqan obrazı yaratmayın. Həyat hamının cavabını verəcək”.

 

il

Foto – İlkin İlqaroğlu

Jurnalist İlkin İlqaroğlu isə Azinforum.az-a açıqlamasında kiminsə sifarişini yerinə yetirmədiyini,  peşəkar jurnalist fəaliyyətilə məşğul olduğunu deyib:

“Mən Prezident təqaüdü alan jurnalistəm. Bu sahədə təsadüfi adam sayılmıram. Ölkənin ən tanınmış KİV-lərində çalışmışam. Hazırda rəhbəri olduğum sayt yeni fəaliyyətə başlayıb.  Özünə hüquqşunas deyən Aslan İsmayılov bilməlidir ki, təhqir, şantaj olmadan biz istənilən mövzu barədə araşdırma aparıb yazı dərc edə bilərik. Qanunvericilik bunu qadağan etmir. Başqa  reytiqli və ciddi qəbul edilən bir sayta istinadən yazı dərc etmişik. Həmin yazı ölkənin bir çox KİV-lərində yayılıb, ancaq maraqlıdır ki, Aslan İsmayılov hədəf olaraq yalnız məni seçib. Həmin mövzuya niyə yenidən qayıtmağımızın izahı sözügedən məqalənin girişində verilib. Satımızda Aslan İsmayılov mövzusuna maraq onun hətta ermənilərə hüquqi yardım göstərməyə hazır olduğunu bəyan edəndəndən sonra yaranıb. Görünür, bu istiqamətdə həqiqətlərin üstünə işıq saldığımız üçün Aslan İsmayılov bizə qarşı belə aqresivdir. Amma bilsin ki, qanunsuz, qeyri-sivil vasitələrlə bizi yolumuzdan döndərə bilməz.  Həmin şəxsin bizə yönəlik qanunsuz hərəkətilə bağlı əlaqədar qurumlara müraciət edəcəyik və sona qədər calışacayıq ki, məsələyə obyektiv hüquqi qiymət verilsin”.

 

azer_hasret

 

Media eksperti, tanınmış jurnalist, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsərət Azinforum.az-a  jurnalistə qarşı edilən bu tip təzyiqdən təəssüfləndiyini bildirib:

” Çox təəssüf edirəm ki, Aslan İsmayılov sinirlərinə sonadək hakim ola bilməyib. APA kimi sözünə güvəniləcək bir media qurumunun verdiyi xəbəri yayınlayan istənilən media qurumuna iddiası olan şəxs öncə APA-ya irad bildirməliydi. Anlaşılan budur ki, o bunu etməyib. Hirsini bu saytın üzərinə töküb. Bu isə o deməkdir ki, APA-nın yaydığı xəbər təkzibedilməzdir.  Belə olan  halda həmin jurnalist əlində olan dəlillərlə  məhkəməyə müraciət etməlidir. Doğrudan da təhdid olunursa, güvənliyinin qorunması üçün polisə müraciət  ünvanlasın”.

Rövşən ƏLİ

Azinforum.az

 

 

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın