Cümə , Aprel 26 2024
Ana səhifə / Köşə Yazarları / Arif Əliyev: “Jurnalistlər əhalinin ən aztəminatlı təbəqələrindən biridir”

Arif Əliyev: “Jurnalistlər əhalinin ən aztəminatlı təbəqələrindən biridir”

Ölkədə davam edən iqtisadi böhran və Tarif Şurasının son bahalaşma qərarı cəmiyyətdə ciddi psixoloji gərginliyə yol açmaqdadır. Bu bahalaşmanın cəmiyyətin bütün təbəqələri kimi, media nümayəndlərinə də mənfi mənada təsir göstərəcəyi şübhəsizdir.
Maraqlıdır, məlum böhran ölkədə mövcud olan “reket jurnalistikası”nın inkişafına təsir göstərə bilərmi? Mümükündürmü ki, iqtisadi böhran fonunda “reket jrunalistikası”nda təmsil olunanaların say və fəaliyyət meydanı daha da genişlənsin?
Moderator.az-a açıqlama verən “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri, media eksperti Arif Əliyev baş verənlərin “reket jurnalistikası”nın inkişafında yeni mərhələ açmayacağını bildirdi:
“Reket jurnalistikası” tamam başqa mənbədən qidalanır. Onlar vəziyyət yaxşı olanda da “iş başında” idilər. Hesab edirəm ki, sosial vəziyyətin ağırlığı “reket jurnalistikası”nın inkişafına səbəb ola bilməz. Lakin ölkədəki iqtisadi böhran, Tarif Şurasının bahalaşma qərarı təbii ki, jurnalistlərə də təsir edəcək. Çünki jurnalistlər əhalinin ən aztəminatlı təbəqələrindən biridir”.

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın