Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Köşə Yazarları / ANS-in daha bir aparıcısının yeni iş yeri məlum oldu

ANS-in daha bir aparıcısının yeni iş yeri məlum oldu

“Artıq bir neçə həftədir ki, ATV ilə birgə müəyyən layihələr üzərində işləyirdik. Bu layihələrdən birini reallaşdırmaq qərarına gəlmişik”.

“ Azinforum.az ” xəbər verir ki, bu barədə Admiral.Az-a ANS TV-nin əməkdaşı, aparıcı Murad Əzimzadə bildirib.

O, yeni iş yeri olan ATV telekanalında yeni formatlı verilişlə efirə çıxacaq:

“Fərqli bir maqazin proqramı olan verilişimiz həftədə bir dəfə, 1 saat olmaqla efirə gedəcək. Tamaşaçılar bu dəfə məni yeni rakursda görəcəklər. Ümid edirəm ki, layihə uğurlu olacaq. Əlbəttə ki, bu heyətimizin birgə işindən və televiziyanın bizə göstərdiyi etimaddan asılıdır”.

Xatırladaq ki, M.Əzimzadə 2013-cü ildə ANS TV-də “Ağıl dəryası”, 2014-cü ildə “Xəbər sizsiniz” və 2016-cı ildə “Günəbaxan” verilişlərinin aparıcısı olub.

 

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın