Cümə , Aprel 19 2024
Ana səhifə / Köşə Yazarları / ANS-çilər Çingiz Mustafayevin məzarı önünə toplaşdılar- FOTOLAR

ANS-çilər Çingiz Mustafayevin məzarı önünə toplaşdılar- FOTOLAR

Bu gün Milli qəhraman Çingiz Mustafayevin doğum günüdür.
Azinforum.az  xəbər verir ki, Milli qəhrəman ANS kollektivi tərəfindən məzarı başında anılıb. Doğum günü münasibətilə ANS Şirkətlər Qrupunun əməkdaşları Milli Qəhrəmanın məzarını ziyarət ediblər. Şirkətlər Qrupunun rəhbərliyi və əməkdaşları onun qəbri üzərinə gül düzüb, ruhuna dualar oxuyublar.

Qeyd edək ki, Çingiz Mustafayev 1960-cı il avqustun 29-da Həştərxan vilayətinin Vladimir rayonunun Kapustin-Yar qəsəbəsində Fuad Mustafayevin və Naxış Mustafayevanın ailəsində anadan olub. 1964-cü ildə ailəsi ilə Bakı şəhərinə köçüb. 1977-ci ildə Yasamal rayonunda 167 saylı məktəbi bitirib.

Çingiz Mustafayev, 1970-ci illərdə SSRİ-də və Azərbaycanda ilk disko-klubu yaradıb. O, Azərbaycanda ilk DJ kimi tanınır.1977-ci ildə Azərbaycan Tibb İnstitutuna daxil olur, 1983-cü ildə institutu müvəffəqiyyətlə bitirir. Çingiz Mustafayev jurnalist fəaliyyətinə 1990-cı il 20 Yanvar hadisələri zamanı başlayır. 1991-ci ilin noyabr ayından jurnalist və Azərbaycan Dövlət Televiziyasında reportyor kimi fəaliyyət göstərib.

Onun reportajları informasiya blokadasında olan Azərbaycan haqqında gerçəkliklərin Amerika və Avropanın aparıcı teleagentlikləri və televiziyalarına yol tapıb. Onun Azərbaycanda baş verən qətliamları. mühaibənin ağır üzünü, Azrbaycanın haqq səsini dünyaya çatdırmaqda müstəsna xidmətləri olub.

Ölkənin döyüş gedən bütün bölgələrindən operativ xəbərlər, ayrı-ayrı əsgərlər haqqında xüsusi reportajlar və bütün bunlarla yanaşı Azərbaycanda gedən siyasi proseslər barədə ətraflı informasiyalar onun müəllif yaradıcılığı idi.

Çingiz Mustafayev 1992-ci ilin iyun ayının 15-də Xocalı rayonunun Naxçıvanikkəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən dünyasını dəyişib.

 

ans1

 

ans2

 

ans3

 

ans4

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın