Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Köşə Yazarları / ANS-ə 23 martadək vaxt verildi

ANS-ə 23 martadək vaxt verildi

Zoologiya İnstitutu ANS televiziyasına əmlakının binadan çıxarılması üçün vaxt verib. Şirkət bu ay ərzində öz əmlakını binadan çıxarmalıdır.

Məlumatı ANS televiziyasının sabiq rəhbərlərindən biri Modern.az-a təsdiqləyib.

Məlumata görə, bu günlərdə şirkət rəhbərliyinin binaya daxil olmasına icazə verilməyib. Həmçinin ANS Müstəqil Yayım və Media Şirkətinə əmlakını binadan çıxarmaq üçün 23 martadək vaxt verilib.

ANS Müstəqil Yayım və Media Şirkətinin yerləşdiyi ofisin icarəsi ilə bağlı müqavilənin müddəti ötən il bitsə də, uzadılmamışdı. Zoologiya İnstitutundan bununla bağlı verilən açıqlamada bildirilirdi ki, Əmlak Məsələləri Dövlət Komitəsi müqavilənin vaxtı bitdiyindən, ANS-lə yeni müqavilə bağlanmayıb.

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın