Cümə , Aprel 19 2024
Ana səhifə / Köşə Yazarları / Analoq yayımın dayandırılmasının çanaq antennalara təsiri olacaqmı? — VİDEO

Analoq yayımın dayandırılmasının çanaq antennalara təsiri olacaqmı? — VİDEO

Dekabr ayının 1-dən etibarən ölkədə analoq yayımın dayandırılması və rəqəmsəl yayıma keçilməsi ilə bağlı qərar vətəndaşlarda məlumatsızlıqldan bəzi çaşqınlıqlar yaradıb.  Apardığımız sorğu belə deməyə əsas verir.

Mütəxəssislər isə bu narahatlığı əsassız hesab edir. Çünki analoq yayımın dayandırılmasının çanaq antennalarına heç bir aidiyyatı yoxdur.

İnformasiya texnologiyaları mütəxəssisi Osman Gündüzün sözlərinə görə, sadəcə vaxt keçdikcə insanların yaşayış binalarını görnüşü ilə pozan çanaq antennalarına marağı azalacaq. Çünki rəqamsal yayım tezliyində pullu kanallarla yanaşı pulsuz və daha sərfəli paketlərin də hazırlanması nəzərdə tutulur.

Yeri gəlmişkən, rəqəmsal yayıma keçidlə bağlı proses dekabrın 1-dən başlasa da bəz bölgələrdə bu yubana bilər.

Milli Televiziya və Radio Şurasından bildirirlər ki, rəqəmsəl yayıma keçidlə bağlı infrastuktur olmayan bölgələr üçün vericilər sifariş verilib. Yəni rəqəmsal yayıma keçid demək olar ki, 99 faiz ölkə arzisini əhatə edəcək.

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın