Cümə , Aprel 19 2024
Ana səhifə / Köşə Yazarları / 34 qəzetə 1 milyon 243 min pul ayrıldı – SIYAHI

34 qəzetə 1 milyon 243 min pul ayrıldı – SIYAHI

Bu gün Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib

AZİNFORUM.AZ-IN məlumatına görə, iclasda 2015-ci ilin II yarısında KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı elan edilmiş müsabiqəyə təqdim olunmuş layihə təkliflərinin müzakirəsi keçirilib.

Fondun icraçı direktoru Vüqar Səfərli elan edilmiş şərtlər çərçivəsində müsabiqəyə 35 qəzetin sənəd təqdim etdiyini diqqətə çatdırıb. İcraçı direktor bildirib ki, ilin birinci yarısında Fondan maliyyə yardımı almış 33 qəzetdən əlavə daha 2 mətbuat orqanı – “Hürriyyət” və “Zaman çempion” qəzetləri də layihə təklifləri təqdim ediblər. Müvafiq araşdırmalardan sonra “Hürriyyət” qəzeti də daxil olmaqla, 34 qəzetin layihə təkliflərinin müsabiqənin şərtlərinə uyğun olduğu müəyyən edilib.

Sonra müsabiqənin şərtlərinə müvafiq olaraq təqdim edilmiş sənədlər Müşahidə Şurasının üzvlərinin diqqətinə təqdim olunub.

Müzakirələrin sonunda 34 qəzetin sənədlərinin müsabiqənin şərtlərinə cavab verdiyi nəzərə alınaraq, onlara 2015-ci ilin II yarısında maliyyə yardımının ayrılması barədə qərar qəbul edilib (Maliyyə yardımı ayrılmış qəzetlərin siyahısı aşağıdakı cədvəldə təqdim olunur).

Cari məsələlərin müzakirəsi zamanı icraçı direktor Vüqar Səfərli Azərbaycan milli mətbuatının yaranmasının 140 illik yubileyi ilə əlaqədar keçiriləcək tədbirlər barədə ətraflı məlumat verib.

2014-cü ilin II yarımilliyi üçün KİV layihələrinin maliyyələşdirilməsi üzrə müsabiqənin qalibi olan redaksiyaların siyahısı aşağıdakı kimidir:

Qəzetin Adı Ayrılan məbləğ
  “Kaspi” qəzeti 60 000
  “Mövqe” qəzeti 60 000
  “Yeni Azərbaycan” qəzeti 60 000
  “Ədalət” qəzeti 60 000
  “525-ci qəzet” qəzeti 60 000
  “Səs” qəzeti 60 000
  “Bakı-Xəbər” qəzeti 60 000
  “Yeni Müsavat” qəzeti 60 000
  “Kaspiy” 60000
  “Ekspress” qəzeti 60 000
  “Palitra” qəzeti 60 000
  “Paralel” qəzeti 40 000
  “Həftə İçi” qəzeti 40 000
  “Azad Azərbaycan” qəzeti 40 000
  “Şərq” qəzeti 40 000
  “Xalq Cəbhəsi” qəzeti 40 000
  “Futbol+Qol” qəzeti 40 000
  “Bizim Yol” qəzeti 40 000
  “Olaylar” qəzeti 40 000
  “Novoye Vremya” qəzeti 30 000
  “Futbol+” qəzeti  

30 000

  “Üç Nöqtə” qəzeti 30 000
  “Azernews” qəzeti 30 000
  “Unikal” qəzeti 20 000
  “Olimpiya Dünyası”qəzeti 20 000
  “Oxu Məni” qəzeti 20 000
  “Zaman-Azərbaycan” qəzeti 20 000
  “Reytinq” qəzeti 9000
  “Təhsil Problemləri” qəzeti 9 000
  “The Business Times” qəzeti 9 000
  “Hərbi And” qəzeti 9 000
  “Türküstan” qəzeti 9 000
  “İqtisadiyyat” qəzeti 9 000
  “Hürriyyət” qəzeti 9 000
CƏMİ 34 Redaksiya 1.243.000

 

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın