Ana səhifə / Köşə Yazarları / 10 ildə 780 jurnalist ölüb

10 ildə 780 jurnalist ölüb

2016-ci ildə 57 jurnalist peşə vəzifəsini yerinə yetirərkən həlak olub.

AzVision.az xəbər verir ki, bu barədə “Sərhədsiz Reportyorlar” təşkilatının illik hesabatında yer alıb. Qeyd olunub ki, ölüm halları əsasən münaqişə zonalarında baş verib.

Ən çox jurnalist Suriyada öldürülüb – 19 nəfər. Əfqanıstanda 10, İraqda 7, Yəməndə isə 5 jurnalist qətlə yetirilib. Bundan başqa 9 blogger və mətbuata xəbər ötürən 8 nəfər öldürülüb.

Ümumilikdə isə, ötən on ildə ən azı 780 jurnalist vəzifə borcunu yerinə yetirərkən həlak olub.

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın