Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Köşə Yazarları / ​MTRŞ dörd televiziya kanalına ciddi irad bildirib

​MTRŞ dörd televiziya kanalına ciddi irad bildirib

Milli Televiziya və Radio Şurası (MTRŞ) bir neçə televiziya kanalına reklam fəaliyyəti, sponsorluq təqdimatı ilə bağlı qanun pozuntularına yol verdiyinə görə ciddi irad bildirib.
“Report” xəbər verir ki, MTRŞ sədri Nuşirəvan Məhərrəmlinin qatıldığı görüşdə İTV, “Xəzər” TV, “Lider” TV və “Region” TV-yə efirlərində sponsorluq təqdimatı ilə bağlı yol verdikləri qanun pozuntularına görə ciddi iradlar bildirilib və kanalların səlahiyyətli nümayəndələrinə problemin aradan qaldırılması üçün tapşırıqlar verilib.
Telekanalların nümayəndələri irad tutulan problemləri qısa zamanda aradan qaldıracaqlarına söz veriblər.

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın