Ana səhifə / Köşə Yazarları / Əvəz Zeynallı polisə niyə çağırıldı? – RƏSMİ MƏLUMAT

Əvəz Zeynallı polisə niyə çağırıldı? – RƏSMİ MƏLUMAT

Bakı şəhər Baş Polis İdarəsi (BŞBPİ) jurnalist Əvəz Zeynallının polisə çağırılması barədə məlumat yayıb.

Azinforum.az  bildirir ki, İdarədən APA-ya verilən məlumatda qeyd olunur ki, bu günlərdə “Xural”“ qəzetinin baş redaktoru Əvəz Zeynallı Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinə çağırılması haqqında açıqlama yayıb: “Mətbuatda yayılan məlumatların həqiqətə uyğun olmadığını nəzərə alaraq, məsələyə aydınlıq gətirmək istərdik. Vətəndaş Əvəz Zeynallı həqiqətən də sentyabrın 3-də 4-cü Polis Bölməsinə dəvət olunub.

Bölmədə yeni polis sahə inspektoru təyin olunan Nadir Abbasov ərazidə yaşayan, cəzaçəkmə müəssisələrində cəza çəkmiş vətəndaşlarla görüşmək, tanış olmaq, profilaktiki söhbət aparmaq istəyib. Əvəz Zeynallı da yalnız bu məqsədlə bölməyə dəvət olunub. Xüsusi olaraq vurğulamaq istərdik ki, söhbət normal iş şəraitində keçib, Zeynallıya qarşı hər hansı qeyri-qanuni, qeyri-etik ifadələr işlədilməyib, mərhum jurnalistlər Nəcəf Nəcəfovun və Elmar Hüseynovun adları çəkilməyib”.

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın