Ana səhifə / Köşə Yazarları / Əlində pivə şüşəsi ilə görüntülənmiş iranlı aparıcı qadın işdən qovuldu – FOTOLAR

Əlində pivə şüşəsi ilə görüntülənmiş iranlı aparıcı qadın işdən qovuldu – FOTOLAR

Bu yaxınlarda İsveçrədə istirahətdə olarkən başıaçıq və əlində pivə şüşəsi ilə kameraya düşmüş məşhur iranlı teleaparıcı Azade Nəmdari işdən qovulub.

Azinforum.az  bildirir ki, bu məlumatı “POSTA” nəşri verib.

*   *   *19:44

İranlı teleaparıcı Azade Nəmdari İsveçrədə istirahət zamanı məşq geyimində və əlində pivə şüşəsi ilə görüntülənib.

Azinforum.az “newsru.co.il” nəşrinə istinadən xəbər verir ki, Nəmdari Şəriət qanunlarının qatı tərəfdarı kimi tanınır. O, daim hicabda gəzir və müsahibələrində ənənəvi İslam dəyərlərinin əhəmiyyətindən danışır.

Qadın aparıcının sözlərinə görə, yalnız çadra geymiş qadın özünü təhlükəsizlikdə hiss edə və kişilərin hörmətinə layiq görülə bilər.

Fotoşəkillərin dərcindən sonra Azadeni ikiüzlülükdə ittiham ediblər. O, cavabında bildirib ki, istirahətdə yalnız çox yaxın insanların əhatəsində olub və bu zaman dress-koda riayət etmək vacib sayılmır. Hicab isə, sadəcə olaraq, çiynindən sürüşüb düşübmüş. O ki qaldı pivə şüşəsinə, aparıcı qadın bu barədə açıqlama verməməyi üstün tutub.

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın