Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Köşə Yazarları / Əli Həsənovun xanımı ən yaxşı publisist elan olundu

Əli Həsənovun xanımı ən yaxşı publisist elan olundu

Azərbaycan Mətbuat Şurası 2016-cı il üçün Ali Media Mükafatı laureatlarının adlarını açıqlayıb.

Xatırladaq ki, hər il 22 iyul Milli Mətbuat Günündə təqdim olunan mükafatın 3 dərəcəsi var. Birinci dərəcə üzrə 1, ikinci dərəcə üzrə 2, üçüncü dərəcə üzrə 5 laureat müəyyənləşdirilib.

Ali Media Mükafatının 3-cü dərəcəsi üzrə laureatların hər birinə 1000, 2-ci dərəcəsi üzrə 2000 manat pul təqdim edilir. 1-ci dərəcə üzrə laureat isə 5000 manat pulla mükafatlandırılır.

Ali Media Mükafatının 3-cü dərəcəsi üzrə – Media sahəsindəki uzunmüddətli səmərəli fəaliyyətlərinə görə təltif edilibər:

Seyfəddin Hüseynli, “525-ci qəzet”in baş redaktor müavini;

Azər Ayxan, “Yeni Müsavat” qəzetinin baş redaktor müavini;

Aida Eyvazova, jurnalist-publisist;

Rəfiqə Sadıqova, “Gəncənin səsi” qəzetinin baş redaktoru;

Rəşid Hüseynov, jurnalist-publisist.

Ali Media Mükafatının 2-ci dərəcəsi üzrə laureatlar:

Umud Rəhimoğlu, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri – Azərbaycan həqiqətlərinin təbliğindəki xidmətlərinə görə təltif edilib;

Müsəllim Həsənov, Bakı Media Mərkəzinin redaktoru – Media sahəsindəki uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif edilib.

Ali Media Mükafatının 1-ci dərəcəsi üzrə laureat – qalib:

Sona Vəliyeva, yazıçı-publisist, filologiya üzrə fəlsəfə doktoru – Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin yaradıcılığından bəhs edən “İşığa gedən yol” romanına görə təltif edilib.

Qeyd edək ki, Sona xanım Vəliyeva Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun həyat yoldaşıdır.

Laureatlara mükafatlar bu gün – 22 iyul 2016-cı il tarixdə milli mətbuatımızın 141 illiyi ilə bağlı “Altun saray” restoranında keçiriləcək təntənəli mərasimdə təqdim olunacaq.

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın