Şənbə , Aprel 20 2024
Ana səhifə / Köşə Yazarları / Əli Həsənovun media kapitanları ilə görüşü keçirilir

Əli Həsənovun media kapitanları ilə görüşü keçirilir

Bu gün Prezident Adminstrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun media kapitanları ilə görüşü keçirilir. Musavat.com-un məlumatına görə, görüşdə 50-dən artıq qəzet redaktorları və sayt rəhbərləri iştirak edirlər. Tədbirdə həmçinin Mətbuat Şurasının sədri Əflatun Amaşov, KİV DF rəhbəri Vüqar Səfərli də iştirak edir.
Əli Həsənov tədbirdə çıxış edərək, ölkədə keçiriləcək ilk Avropa Oyunlarına dəstək verdiyinə görə mətbuata təşəkkürünü bildirdi. “Avropa Oyunları Azərbaycan tarixinin önəmli səhifəsidir. İlk Avropa Oyunlarının keçirilməsi Azərbaycan tarixinə yazılacaq hadisədir. Kimin necə münasibət bildirməsindən asılı olmayaraq bu oyunlar tarixə mühüm bir hadisə kimi yazalacaq. Biz necə ki, BMT Təhlükəsizlik Şurasına üzv seçildik, eyni ilə də ilk Avropa Oyunlarının tarixinin Azərbaycandan başlaması mühüm bir hadisədir”.

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın