Şənbə , Aprel 20 2024
Ana səhifə / Köşə Yazarları / Əflatun Amaşovdan Mariya Zaxarovaya növbəti etiraz

Əflatun Amaşovdan Mariya Zaxarovaya növbəti etiraz

“Son günlər Azərbaycan ictimaiyyətində ən çox müzakirə edilən məsələlərdən biri də Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın bizim jurnalistlərimizi təhqir etməsidir. O, azərbaycanlı jurnalistin Dilqəm Əsgərovla bağlı sualından hiddətləndi”.

Bunu Milli Məclisin iclasında Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov bildirdi. Rusiyalı diplomatın Azərbaycan jurnalistlərini aşağıladığını bildirərək, ona etirazını ifadə edən Ə.Amaşov qeyd etdi ki, M.Zaxarovanın bu cür davranışı diplomatik etiketlərə ziddir və qeyri-peşəkarlıqdır: “Milli Məclis də bu cür məsələlərə baxmalıdır”.

Ə.Amaşov daha sonra AŞ PA-nın Türkiyəyə qaşrı qərarını da pislədi və qardaş ölkəyə dəstəyini ifadə etdi.

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın