Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Köşə Yazarları / Əbülfəz Qarayev: “Milli mətbuatın arxiv fondu yaradılmalıdır”

Əbülfəz Qarayev: “Milli mətbuatın arxiv fondu yaradılmalıdır”

Fevralın 28-də Milli Kitabxanada kitabxanaların pulsuz məcburi nüsxələrlə təchizatı ilə bağlı tələblərin pozulması ilə əlaqədar respublika müşavirəsi keçirilib. Müsavat.com-un məlumatına görə tədbirdə nəşriyyat və poliqrafiya müəssisələrinin nümayəndələri, jurnal və qəzet redaktorları, ziyalılar iştirak edib.

Müşavirəni Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq sözü Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayevə verib. Nazir çıxışında milli mətbuatın atxiv fondunun yaradılmasının zəruri olduğunu bildirib:

“Kitabxana işi haqqında” və “Nəşriyyat işi haqqında” qanunlara əsasən Milli Kitabxananın ölkə ərazisində nəşr olunan kitablardan 4 nüsxə, qəzet və jurnallardan isə 2 pulsuz məcburi nüsxə almalı və onların əsasında milli mətbuatın arxiv fondu yaradılmalıdır. Milli Arxiv Fondunun yaradılması və bu işin təkmilləşdirilməsi həmişə dövlətin, prezidentin diqqəti mərkəzindədir. Ölkə başçısı tərəfindən 20 oktyabr 2015-ci il tarixində İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb. Buna əsasən İnzibati Xətalar Məcəlləsindəki Maddə 192-1: Kitabxanaların pulsuz məcburi nüsxələrlə təchizatı üzrə tələblərin pozulmasına əlavələr edilib”.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov və digərləri çıxış edib. Çıxış edənlər Milli Kitabxanada Azərbaycan mətbuatının və nəşr məhsullarının arxiv fondunun yaradılması işinin nizama salınmasının zəruriliyini, Milli Arxiv Fondunda mühafizə olunan nəşrlərin gələcək nəsillərə çatdırılması üçün Milli Kitabxananın yeganə məkan olduğunu qeyd ediblər.

 

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın